XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 18:21:59 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Professor Qulu Məhərrəmli Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə təbrik paylaşımı edib.
Odlar.media xəbər verir ki, Qulu Məhərrəmli paylaşımında 29 Oktyabrın türk xalqının milli iradəsini və dövlətçilik əzmini təcəssüm etdirən tarixi gün olduğunu vurğulayıb.
O qeyd edib ki, Cümhuriyyət müstəqilliyin, milli iradənin, dövlət suverenliyinin və milli qürurun rəmzidir.
Qulu Məhərrəmli Türkiyə ilə Azərbaycanı bir ağacın qoşa budağına bənzədərək iki ölkə arasında mövcud olan qardaşlıq və strateji birliyin qorunmasının tarixi zərurət olduğunu bildirib.
Professor təbrikinin sonunda Türkiyə Cümhuriyyətinin 103-cü ildönümünü təbrik edib, Azərbaycan–Türkiyə qardaşlığının və dostluğunun əbədi, sarsılmaz olmasını arzulayıb.

Mənbə: Odlar.media

Etiketlər: