XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 17:20:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zakir Həsənov Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.
Görüşdə Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Zakir Həsənov iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərbi əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər müdafiə məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşlərdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev də iştirak edib.

Odlar.media

Etiketlər: