XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 15:36:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Türkiyədə güclü yağışlarla bağlı əhaliyə xəbərdarlıq edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi oktyabrın 29-da ölkənin bir sıra bölgələrində gözlənilən güclü yağışlarla bağlı əhaliyə xəbərdarlıq edib.
Nazir bildirib ki, xüsusilə narıncı xəbərdarlıq elan edilən Muğla, Antalya, Mersin və Adana şəhərlərində leysan yağışlar, sel, su basqını, ildırım və güclü külək təhlükəsi var.
Çiftçi qeyd edib ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası ilə aidiyyəti qurumlar mümkün risklərə qarşı tədbirlər görür və vəziyyəti yaxından izləyir.
O, vətəndaşları Meteorologiya Baş İdarəsinin və AFAD-ın xəbərdarlıqlarına əməl etməyə, həyat və əmlak təhlükəsizliyini riskə atan hallardan uzaq durmağa çağırıb.
Nazir vurğulayıb ki, vaxtında görülən tədbirlər həyat xilas edir.

Odlar.media

Etiketlər: