Mətn:
Odlar.media xəbər verir ki, İranın Semnan və Gülüstan əyalətlərinin sərhədində 3,5 maqnitudalı zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar saat 01:01-də Semnandan 20 kilometr, Qorqandan isə 27 kilometr məsafədə yerləşən Mojen şəhəri yaxınlığında qeydə alınıb.
Bundan əlavə, Tehranın Rudehen şəhəri yaxınlığında 2,7 maqnitudalı zəlzələ baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Odlar.media