XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 11:48:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova “Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi” adlı məqaləsində Azərbaycanın beynəlxalq nüfuzundan, milli birliyin əhəmiyyətindən və mədəniyyətlərarası dialoqun sülhün təmin olunmasındakı rolundan bəhs edib.
Müəllif Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlərin Azərbaycanın müstəqil siyasətini, milli maraqlara sadiqliyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi əks etdirdiyini vurğulayıb.
Məqalədə qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan forum müxtəlif mədəniyyətlər və dinlər arasında anlaşmanın gücləndirilməsinə xidmət edən mühüm beynəlxalq platformaya çevrilib. Azərbaycanın tarixi təcrübəsi isə milli kimliyin qorunması ilə mədəni müxtəlifliyə hörmətin bir-birini tamamladığını göstərir.
Elnarə Akimova Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını, beynəlxalq hüququn aliliyini və ikili standartların aradan qaldırılmasının vacibliyini də diqqətə çatdırıb. Müəllifin fikrincə, beynəlxalq hüququn nüfuzu qəbul edilən qərarların ardıcıl icrasından və bütün dövlətlərə bərabər yanaşmadan asılıdır.
Məqalədə Ermənistanla sülh prosesinin əhəmiyyəti də vurğulanır. Bildirilir ki, Azərbaycanın gələcəyə yönəlmiş siyasəti regionda qarşıdurmanın davam etdirilməsinə deyil, dayanıqlı sülhün və əməkdaşlığın qurulmasına əsaslanır.
Müəllif Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini müstəqil xarici siyasət, iqtisadi dayanıqlılıq, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, eləcə də müxtəlif beynəlxalq platformalarda artan rolu ilə əlaqələndirib.
Məqalənin əsas qənaəti budur ki, milli maraqları qətiyyətlə müdafiə etmək beynəlxalq əməkdaşlığa açıq olmağa mane deyil. Milli birlik, suverenliyə hörmət, beynəlxalq hüquq və qarşılıqlı anlaşma dayanıqlı sülhün əsas şərtləridir.

Odlar.media

Etiketlər: