Mətn:
Odlar.media xəbər verir ki, gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, görüş Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə baş tutacaq.
Allahşükür Paşazadə Azərbaycanın dinlərarası dialoq və məzhəblərarası anlaşma sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə nümunə kimi qəbul edilməsindən qürur duyduğunu vurğulayıb.
Odlar.media