XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 16:09:05 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakının dörd rayonunda işıq olmayacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, oktyabrın 28-də Bakının Yasamal, Nəsimi, Sabunçu və Qaradağ rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. “Azərişıq” ASC-nin məlumatına görə, Yasamalda saat 10:00-dan 13:00-dək bir sıra küçə və Yeni Yasamalın yaşayış massivlərinin bir hissəsində, Nəsimidə saat 10:00-dan 12:00-dək Rasim Səfərov küçəsi və 3-cü Alatava massivinin bəzi ərazilərində elektrik kəsiləcək. Sabunçu rayonunun Ramana qəsəbəsindəki Şuşa şəhərciyində saat 10:00-dan 14:00-dək, Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 1-ci və 2-ci massivlərində isə saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq. Qeyd olunub ki, təmir və quraşdırma işləri elektrik təchizatının keyfiyyətini yaxşılaşdırmaq və artan enerji tələbatını qarşılamaq məqsədi daşıyır.

Odlar.media

Etiketlər: