Mətn:
İrəvandan Rusiyaya uçan təyyarə təhlükə siqnalı verib
Odlar.media xəbər verir ki, İrəvandan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan təxminən 15 dəqiqə sonra təhlükə siqnalı verib.
“Baza” Teleqram kanalının məlumatına görə, ekipaj problemin yarandığını bildirdikdən sonra təyyarə İrəvanın Zvartnots hava limanına doğru geri dönüb.
İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində təxminən 108 nəfər ola bilər. Hava gəmisi hava limanı yaxınlığında dövrə vurub.
Hadisənin səbəbi və təyyarənin sonrakı vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Odlar.media