XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 29 Oktyabr 2026 ✦ 15:40:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi dövlətçiliyin əleyhinədir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətnini dövlətçiliyin mövcudluğuna zidd hesab edir.
Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, mövcud mətnlə müstəqil dövlətin mövcudluğu mümkün deyil.
Baş nazir yeni konstitusiyanın qəbulunun hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer aldığını və seçkilərdə qazanılan çoxluqdan sonra bu proqramın həyata keçirilməli olduğunu vurğulayıb.
O, müxalifətin yeni konstitusiya üzrə referendum prosesinə mane olmaması üçün ictimai təzyiqin artırılması imkanını da istisna etməyib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın etiraz etdiyi ərazi iddiaları, o cümlədən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alır. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün konstitusiya dəyişikliyini vacib şərt hesab edir.

Odlar.media

Etiketlər: