Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyəti vurğulanıb. Prezident qeyd edib ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.
İlham Əliyev Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar, qardaş Türkiyə xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
Odlar.media