Odlar.media xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, sıxlıq olan yollar bunlardır:
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
Tbilisi prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
Heydər Əliyev prospektinin köməkçi yolu – mərkəz istiqamətində;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Sabunçu-Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;
Aeroport şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;
Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə Atatürk prospektinin kəsişmələri arasında;
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri və yollarda diqqətli olmaları tövsiyə olunur.
Odlar.media