Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu fikirləri Leyla Camalzadənin “Küllərindən doğulan qadın” kitabının təqdimat mərasimində səsləndirib. O, Leyla Camalzadəni 10 ildən artıqdır tanıdığını, ilk yazılarından onun güclü yazı enerjisini və emosional ifadə tərzini hiss etdiyini bildirib. Rəşad Məcid müəllifin pedaqoji fəaliyyətini, məktəb direktoru kimi uğurlarını və yazıçılıqdan ayrılmamasını yüksək qiymətləndirərək, onun gələcəkdə daha geniş tanınacağına inandığını vurğulayıb. O, Leyla Camalzadəyə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və kitabın gələcəkdə Gəncədə də təqdim olunacağına ümid etdiyini bildirib.
Odlar.media