Mətn:
Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyə ümid etdiyini bildirib. O, bu barədə Texasdan qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryuz hərbi bazasında jurnalistlərə açıqlamasında danışıb. Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş əldə olunduğunu və tezliklə görüş təşkil ediləcəyini vurğulayıb. Jurnalistlərin görüşün kimlərlə keçiriləcəyi barədə sualına cavabında isə hər iki liderin adını çəkib.
Odlar.media