Mətn:
Odlar.media xəbər verir ki, İsraildə keçirilən parlament seçkilərində səslərin 41,9%-i hesablanıb. İlkin nəticələrə görə, Baş nazir Benyamin Netanyahunun tərəfdarlarının bloku Knessetdə 57, müxalifət isə 47 yer qazanır, ərəb partiyalarının təmsil olunduğu qüvvələr isə ümumilikdə 16 mandat əldə edir. Partiyalar arasında “Likud” 28, Qadi Ayzenkotun “Yaşar” partiyası 21, “Beyaxad” 11, “Birləşmiş Tövrat Yəhudiliyi” və “Bizim Evimiz İsrail” partiyaları isə hər biri 8 mandatla təmsil olunur. Beləliklə, ilkin nəticələrə əsasən, parlamentdə çoxluq formalaşdırmaq üçün tələb olunan 61 mandatı hələ heç bir blok əldə etməyib.
Odlar.media