XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 28 Oktyabr 2026 ✦ 11:13:49 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şagirdlərin elektron yerdəyişməsinə başlanılacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, şagirdlərin elektron yerdəyişməsi prosesi noyabrın 4-dən mərhələli şəkildə aktivləşdiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, noyabrın 4-də saat 15:00-dan 2–7-ci siniflərin, noyabrın 5-də saat 15:00-dan isə 8–11-ci siniflərin yerdəyişməsi mümkün olacaq. Proses www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək, internetə çıxışı olmayan vətəndaşlar isə müvafiq qurumlara və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Məktəbəhazırlıq qrupları və birinci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.

Odlar.media

Etiketlər: