Mətn:
Odlar.media xəbər verir ki, İran İsraildə keçiriləcək parlament seçkilərindən sonra kimin hakimiyyətə gələcəyinə fərq qoymadığını bəyan edib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib ki, Tehran İsrail siyasətçiləri arasında fərq görmür. O, seçkiləri kimin daha çox cinayət törədə biləcəyini nümayiş etdirmək uğrunda rəqabət kimi xarakterizə edib.
Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçkilərin nəticələri yeni Knessetin tərkibini müəyyən edəcək və hökumətin formalaşdırılması prosesinə başlanılacaq.
Odlar.media