Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Dövlət başçısı təbrik məktubunda Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluğunu ifadə edib.
İlham Əliyev ölkələr arasında dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Prezident məktubunda Aleksander Van der Bellene möhkəm cansağlığı və xoşbəxtlik, Avstriya xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Odlar.media