XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 26 Oktyabr 2026 ✦ 12:55:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiyanın iki şəhərinə dron hücumları: 4 nəfər ölüb, onlarla yaralı var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukraynanın Rusiyanın Voronej və Belqorod şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin məlumatına görə, hücum nəticəsində iki kişi ölüb, biri uşaq olmaqla 17 nəfər yaralanıb. Somovo stansiyasında Anapa–Moskva sərnişin qatarı da zədələnib, 5 sərnişin xəsarət alıb.
Belqorod vilayətində isə dron hücumu nəticəsində iki mülki şəxsin öldüyü, daha 18 nəfərin yaralandığı bildirilib.
Bundan başqa, Rusiyanın nəzarətində olan Melitopol şəhərində hücum nəticəsində iki uşaq və bir kişi yaralanıb.
Rusiya rəsmiləri hücumlara görə Ukrayna Silahlı Qüvvələrini ittiham ediblər. Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində Ukraynanın logistika mərkəzlərinə, enerji obyektlərinə, limanlarına və hərbi məqsədlər üçün istifadə olunduğunu iddia etdiyi gəmilərə zərbələr endirildiyini açıqlayıb.

Odlar.media

Etiketlər: