Odlar.media xəbər verir ki, Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin birinci turunda qalibin müəyyənləşməyəcəyi gözlənilir. Odlar.media-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ilkin nəticələrə əsasən, İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev cütlüyü 35,5 faiz, Andrey Gyurov və Georgi Kandev cütlüyü isə 30,3 faiz səs toplayıb.
27 namizədin iştirak etdiyi seçkilərdə ən çox səs toplayan iki cütlüyün noyabrın 1-də keçiriləcək ikinci tura vəsiqə qazanacağı ehtimal olunur.
Qeyd edək ki, Bolqarıstanda prezident 5 il müddətinə seçilir və eyni şəxs ardıcıl olaraq ən çoxu iki müddət vəzifədə qala bilər. İlk turda namizədlərdən heç biri 50 faizdən çox səs toplamadıqda, ən çox səs qazanan iki namizəd ikinci turda mübarizə aparır.
Odlar.media