XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 26 Oktyabr 2026 ✦ 11:28:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əməkdar artist Xumar Qədimovadan “Sevgi mənəm” adlı yeni mahnı və klip

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Əməkdar artist Xumar Qədimova “Sevgi mənəm” adlı yeni mahnısını və klipini təqdim edib.
Mahnı Xalq şairi Zəlimxan Yaqubun şeiri əsasında ərsəyə gəlib. Bəstəkarı Xumar Qədimovanın özü olan ekran işinin rejissoru Natiq Novruzovdur. Klip Bakının məkanlarından birində lentə alınıb.
Rəngarəng görüntüləri və romantik ab-havası ilə seçilən klipdə ifaçı mahnını özünəməxsus tərzdə təqdim edib.
Layihədə Xumar Qədimovanın stilini Azazello və Pərviz Mirzəyev hazırlayıb. Müğənninin saç düzümü və makiyajı da Pərviz Mirzəyevə məxsusdur.

Odlar.media

Etiketlər: