Odlar.media xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində yük qatarının 20 vaqonu relsdən çıxıb, nəticədə yeddi sistern yanmağa başlayıb.
TASS-ın məlumatına görə, hadisə yerli vaxtla saat 01:30-da Makarçevo–Sedelnikovo dəmir yolu sahəsində baş verib.
Qəza səbəbindən qonşu dəmir yolu xəttində hərəkət müvəqqəti dayandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın baş verməyən 54 vaqon təhlükəsiz əraziyə köçürülür.
Qəzanın nəticələrinin aradan qaldırılmasına 106 nəfər və 31 texnika cəlb edilib. Onlardan 58 nəfər və 20 texnika Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsusdur.
Yaxınlıqdakı yaşayış məntəqələrində havanın keyfiyyətinin yoxlanılması planlaşdırılır. Hadisə yerinə müstəntiqlər, kriminalistlər və nəqliyyat prokuroru göndərilib.
Faktla bağlı araşdırma başlanılıb, qəzanın səbəbləri müəyyənləşdirilir.
Odlar.media