Radioda baməzə Hidayət müəllim (İslam Səfərlinin qardaşı) mənə “şair” deyirdi. Çünki adətən öz aləmimdə olurdum. Yaradıcı adamların fikirləri dağınıq olur. Mən də detallara o qədər əhəmiyyət vermirəm. Yaddaşımın bəzi informasiyaları saxlamağa cəhd göstərməməsi isə bəzən işimə yarayır.
Məsələn, anam deyir ki, işıq kəsilib, işıq pulunu vermək lazımdır. Mən işığı yandırıb qəbzi axtarmağa başlayıram.))
Anam:
— Su gəlmir.
Mən hamama keçib suyu açıram, əllərimi yuyuram.))
İki uzadıcıdan biri xarabdır. Mən isə hansının xarab olduğunun fərqinə varmadan birini götürüb qoşuram. İndi də elə etdim, kompüterimi qoşub işləməyə başladım.
Anam təəccüblə:
— Axı bu işləmirdi, necə işlətdin?
Belə! Deməli, ətraf aləmdən gələn informasiyalara çox aludə olmamağın, daxili mexanizmlə hərəkət etməyin də özünəməxsus faydaları varmış.)))
Müəllif: Günel Natiq
Mənbə: Odlar.media