Mətn:
Odlar.media xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən “Ab-Hava” kafesində baş verən kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
Hadisə General Şıxlinski küçəsi, 145 ünvanında qeydə alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
İlkin məlumata görə, davaya biznes münasibətləri zəminində yaranan mübahisənin səbəb olduğu bildirilir. Hadisə ilə əlaqədar 9 nəfər polis tərəfindən saxlanılıb. Onlardan birinin tanınmış vəzifəli şəxsin oğlu olduğu iddia edilir.
Hazırda hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Odlar.media