Odlar.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Yeni qanun layihəsi kənd təsərrüfatında dövlət dəstəyi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar məhsul istehsalçılarının reytinq sisteminin tətbiqi və kənd yerlərinin inkişafı kimi istiqamətləri əhatə edir.
Sənəddə müasir suvarma sistemlərinin tətbiqi, aqrar kooperativlərin və aqroklasterlərin inkişafı, fermerlərin satış imkanlarının genişləndirilməsi, rəqəmsallaşma və aqroturizmin təşviqi də nəzərdə tutulur.
Qanun qüvvəyə mindikdən sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğvi planlaşdırılır.
Odlar.media