XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 23 Oktyabr 2026 ✦ 10:29:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Fransada iğtişaşlar Le Penin reytinqini yüksəldib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Fransada baş verən iğtişaşlar fonunda sağçı siyasətçi Marin Le Penin prezident seçkiləri ərəfəsində reytinqi 36 faizə yüksəlib. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Son üç həftədə Le Penin dəstəyi 32 faizdən 36 faizə çatıb. Radikal solçu siyasətçi Jan-Lük Melenşonun reytinqi isə 16,5 faizə yüksələrək ikinci pilləyə qalxıb.

Mərkəzçi namizədlərin mövqeləri zəifləyib. Keçmiş baş nazir Eduard Filipin reytinqi 12 faizə, Qabriel Attalın göstəricisi isə 5 faizə düşüb. Rafael Qlyuksman 13,5 faiz dəstək qazanıb.

Sorğulara əsasən, ikinci turda Le Pen bütün mümkün rəqiblərini qabaqlaya bilər. Onun Melenşona qarşı 68 faiz, Filipə qarşı 56 faiz, Qlyuksmanla mübarizədə 57 faiz, Attala qarşı 58 faiz, Fransua Ollanda qarşı isə 59 faiz səs toplayacağı proqnozlaşdırılır.

Odlar.media

Etiketlər: