Mətn:
Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir.
Havanın temperaturu gecə 15-17°, gündüz 19-21° isti olacaq. Şimal-şərq küləyi əsəcək.
Bölgələrdə isə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək.
Rayonlarda havanın temperaturu gecə 14-17°, gündüz 19-24° isti, dağlıq ərazilərdə gecə 5-9°, gündüz 10-15° isti olacaq.
Odlar.media