Mətn:
Odlar.media xəbər verir ki, Kürdəmirdə Külüllü-Kürdəmir magistral su xəttində qəza baş verib. Nəticədə rayon mərkəzi və 6 kəndin su təchizatında fasilə yaranıb.
Hadisə magistral su xəttinin 31-ci kilometrində, Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Diametri 500 millimetr olan borunun partlaması səbəbindən əraziyə canlı qüvvə və texnika cəlb edilib.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, 2013-cü ildə dövlət vəsaiti hesabına inşa edilən Külüllü-Kürdəmir magistral su xətti ümumilikdə 21 min sakini içməli su ilə təmin edir.
Odlar.media