XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 22 Oktyabr 2026 ✦ 11:42:51 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tramp: ABŞ İranla danışıqlar aparmır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar aparmadığını bildirib.
Tramp jurnalistlərə açıqlamasında yaxın zamanda müəyyən hadisələrin baş verəcəyini qeyd edib.
“Bu və ya digər şəkildə, olduqca yaxın zamanda nəsə baş verəcək. Əksəriyyət bunun seçkilərdən sonra olacağını düşünür. Görək nə baş verir”, – deyə ABŞ Prezidenti bildirib.
Bundan əvvəl “The New York Times” qəzeti ABŞ və İsrailin Konqresə aralıq seçkilərdən sonra İrana qarşı zərbələri bərpa etmək planı hazırladığını iddia edib.
Nəşrin məlumatına görə, ehtimal olunan plan qısamüddətli və güclü hərbi əməliyyatı, o cümlədən İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları arsenalına zərbələri nəzərdə tutur.

Odlar.media

Etiketlər: