XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 21 Oktyabr 2026 ✦ 13:57:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bəstəkar Ramiz Mustafayevin 100 illiyi qeyd olunub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə professorlar Həcər Babayeva və Zemfira Qafarova bəstəkarın həyat və yaradıcılığından danışıb, sənətkarla bağlı xatirələrini bölüşüblər. Daha sonra onun yaradıcılığına həsr olunan “Yaddaşın simləri titrəyərkən… Ramiz Mustafayev” sənədli filmi nümayiş etdirilib.
Çıxışlarda bəstəkarın opera, simfonik və xor musiqisi, oratoriya, kantata, mahnı və romans janrlarında zəngin irs yaratdığı vurğulanıb. Onun Səməd Vurğunun dramı əsasında bəstələdiyi “Vaqif” operasının yaradıcılığında xüsusi yer tutduğu qeyd edilib. Bu əsərə görə Mustafayev 1962-ci ildə Ümumittifaq gənc bəstəkarlar müsabiqəsinin laureatı olub.
Tədbirin bədii hissəsində Əməkdar artist Ramil Qasımov və beynəlxalq müsabiqələr laureatı Fatimə Cəfərzadə bəstəkarın əsərlərini ifa ediblər.

Odlar.media

Etiketlər: