Odlar.media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası tanınmış jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması və müxtəlif məzmunlu mesajların göndərilməsi ilə bağlı xəbərdarlıq edib.
Şuradan bildirilib ki, bu fəaliyyətin xaricdəki mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirildiyi barədə məlumatlar var. Belə hallarda süni intellekt və xüsusi proqram təminatlarından istifadə olunduğu qeyd edilib.
Mətbuat Şurası jurnalistləri və media nümayəndələrini şübhəli mesajlara etibar etməməyə, məlumatların həqiqiliyini yoxlamadan cavab verməməyə və onları yaymamağa çağırıb.
Saxta hesablarla qarşılaşan şəxslərə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Milli Kibertəhlükəsizlik Agentliyinə isə 1654 qaynar xətti və info@nca.az elektron poçtu vasitəsilə müraciət etmək tövsiyə olunub.
Həmçinin saxta hesabların WhatsApp-a şikayət edilməsi, mesajların ekran görüntülərinin və digər sübutların saxlanılması məsləhət görülüb.
Odlar.media