XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 21 Oktyabr 2026 ✦ 13:15:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bu il 2 565 hektar torpağın qanunsuz ayrılmasına dair bələdiyyə qərarları ləğv edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktları ləğv edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsinin təşkil etdiyi konfransda məlumat verib.
Onun sözlərinə görə, ləğv edilən qərarlardan 2 552 hektar torpağın icarəyə, 13 hektarının isə mülkiyyətə verilməsi ilə bağlı olub. Həmçinin 2 040 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması istiqamətində tədbirlər görülüb.
Elmin Həsənov bildirib ki, bu tədbirlər torpaqlardan səmərəli istifadəyə, kənd təsərrüfatının dəstəklənməsinə və torpaqların ədalətli bölüşdürülməsinə xidmət edir.

Odlar.media

Etiketlər: