Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 20-də saat 09:00-dan etibarən Bakının bir sıra ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə yeni qaz kəmərinin mövcud yüksək təzyiqli magistral xəttə birləşdirilməsi ilə əlaqədardır.
Qaz təchizatı Yasamal və Nəsimi rayonlarının bir hissəsində, Badamdar qəsəbəsində, Binəqədinin 6-cı və 9-cu mikrorayonlarında, Vorovski və Xutor yaşayış massivlərində, Sulutəpə və Xocəsən qəsəbələrində, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsində dayandırılacaq.
Qazın verilməsi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
Odlar.media