XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 21 Oktyabr 2026 ✦ 13:00:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanlı çobanın Ermənistan sərhədini keçdiyi bildirilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, azərbaycanlı çobanın Ermənistan sərhədini keçdiyi və hazırda Berd şəhərində hərbi polisdə olduğu iddia edilir.
Ermənistanın “NyusTV5” saytının  yaydığı məlumata görə, çobanın tapıldığı bildirilsə də, hadisə ilə bağlı rəsmi təsdiq yoxdur.
Ermənistan Müdafiə Nazirliyi məsələni şərh etməyib. Tavuş icmasının nümayəndələrindən biri məlumatı eşitdiyini, lakin dəqiq məlumata malik olmadığını bildirib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə belə bir məlumatlarının olmadığını qeyd edib.

Odlar.media

Etiketlər: