Mətn:
Odlar.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak edə bilər.
ABŞ Dövlət katibi Marko Rubio Hindistanda jurnalistlərə açıqlamasında Putinin iştirakı ilə bağlı hələlik rəsmi təsdiq almadıqlarını bildirib.
Rubionun sözlərinə görə, Rusiya G20 tədbirlərində təmsil olunacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sammitdə və ya Atlantada keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edib-etməyəcəyinin isə dəqiqləşmədiyini qeyd edib.
Odlar.media