Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 19-da Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə isə intensiv leysan, dolu və qar ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Paytaxtda temperatur gecə 16-19°, gündüz 20-23° isti olacaq.
Rayonlarda gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir.
Rayonlarda havanın temperaturu gündüz 23-28°, dağlıq ərazilərdə isə 12-16° isti olacaq.
Odlar.media