Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 21-i saat 11:00-a olan məlumata görə, ölkə ərazisində hava əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar qeydə alınıb.
Ən çox yağıntı Ordubad və Lerikdə qeydə alınıb — 4 mm. Şahbuz, Gədəbəy və Qusarda 2 mm, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı və Astarada isə 1 mm yağıntı düşüb.
Odlar.media