Odlar.media xəbər verir ki, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilsə də, axşam bəzi yerlərdə qısamüddətli yağış yağa bilər.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18°, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv və güclü yağıntıların olacağı ehtimal edilir. Şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Rayonlarda havanın temperaturu gecə 14-17°, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 12-17° isti olacaq.
Odlar.media