Mətn:
Odlar.media xəbər verir ki, Bakının Buzovna qəsəbəsində 2 yaşlı qız uşağı su kanalına düşərək boğulub.
2024-cü il təvəllüdlü F.C.-nin evinin qarşısındakı su kanalına düşdüyü bildirilir. Uşağın meyiti sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Odlar.media