Odlar.media xəbər verir ki, Qahirə Hüseynova Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsinə təyin olunub.
O, bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi çalışıb, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub.
Qahirə Hüseynova Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Odlar.media