Mətn:
Odlar.media xəbər verir ki, 19 oktyabr 2026-cı il tarixində saat 17:50 radələrində Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Ermənistanın Tavuş rayonunda tapılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının Ermənistan ərazisində azdığı müəyyən edilib.
Onun Azərbaycana qaytarılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.
Odlar.media