Mətn:
Odlar.media xəbər verir ki, əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətləri azalıb.
Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçersləri 1,04% ucuzlaşaraq bir troya unsiyası üçün 4 106,7 ABŞ dollarına düşüb.
Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 2,23% azalaraq bir unsiya üçün 56,43 dollar təşkil edib.
Məlumat birja göstəricilərinə əsasən yayılıb.
Odlar.media