XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 22 Oktyabr 2026 ✦ 12:15:11 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qızını döyən kürəkənini öldürən şəxsin cəzası azaldıldı – məhkəmə zalından azad edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ali Məhkəmə qızına qarşı davamlı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinən şəxsin əməlinə yenidən hüquqi qiymət verib və cəzasını 9 il 6 aydan 1 il 6 aya endirib.
Məhkəmə müəyyən edib ki, hadisə zamanı kürəkən qayınatasına əvvəlcə fiziki zorakılıq göstərib, daha sonra bıçaqla hücum edərək ona xəsarət yetirib. Qayınata bıçağı onun əlindən alsa da, kürəkən təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Qarşıdurma zamanı qayınata bıçaqla kürəkəninə dörd xəsarət yetirib. Xəsarətlərdən üçü həyat üçün təhlükəli olub və nəticədə kürəkən kəskin qanitirmədən ölüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 2025-ci il mayın 12-də şəxsi qəsdən adam öldürmə cinayətinə görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Ali Məhkəmə isə hadisə zamanı real və davam edən hücumun olduğunu nəzərə alaraq əməlin Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməni nəzərdə tutan 123.1-ci maddəsinə tövsif edilməsinə qərar verib.
Cəza təyin edilərkən məhkumun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsi, təqsirini etiraf etməsi, istintaqa kömək göstərməsi və zərərçəkmişin hüquqi varisi ilə barışması yüngülləşdirici hallar kimi nəzərə alınıb.
Nəticədə ona 1 il 6 ay həbs cəzası verilib. Cəza müddəti 18 yanvar 2024-cü ildən hesablandığından şəxs cəzasını çəkmiş hesab olunub və məhkəmə zalından dərhal azad edilib.

Odlar.media

Etiketlər: