Odlar.media xəbər verir ki, Azərbaycanda cari ilin aprel ayından istifadəyə verilən elektron müqavilə sistemi vasitəsilə ümumi dəyəri 3 milyard manatdan çox olan 7 500 müqavilə elektron qaydada rəsmiləşdirilib.
Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” konfransında bildirib.
Nazirin sözlərinə görə, elektron müqavilə sistemi dövlət öhdəliklərinin vahid elektron uçotunun aparılmasına imkan yaradır. Müqavilələrin hazırlanması və imzalanması prosesi artıq bir iş günü ərzində başa çatdırıla bilir.
Sahil Babayev bank qarantiyalarının da elektronlaşdırıldığını qeyd edib. Avans, icra və digər bank qarantiyalarının elektron platforma üzərindən rəsmiləşdirilməsi əvvəlki 5–10 iş günü tələb edən prosedurları əhəmiyyətli dərəcədə sadələşdirib.
Odlar.media