Odlar.media xəbər verir ki, oktyabrın 22-də Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr olacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə və Zaur Kərimov küçələrində, eləcə də Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Binəqədi rayonunda isə saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonda Mir Cəlal küçəsinin, 6-cı mikrorayonda isə İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində elektrik təchizatında fasilələr yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisi təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması nəzərdə tutulur.
Odlar.media