Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev vergi, miqrasiya, sosial sığorta və dövlət satınalmaları sahələrində qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, Vergi Məcəlləsinin bir sıra müddəaları üzrə səlahiyyətli dövlət orqanları müəyyənləşdirilib. Həmçinin texnologiyalar parklarının rezidenti olan iri sahibkarlıq subyektlərinin ixrac gəlirlərinin minimum həddinin müəyyən edilməsi, innovasiya məhsulları və dövlət satınalmalarında pilot tətbiqlərlə bağlı qaydaların hazırlanması Nazirlər Kabinetinə tapşırılıb.
Nazirlər Kabineti müvafiq normativ hüquqi aktları üç ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
Fərmanla “ASAN Viza” sisteminə də dəyişiklik edilib. Rəqəmsal səyyahların elektron viza müraciətləri üzrə müəyyən məlumatların real vaxt rejimində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi nəzərdə tutulur.
Fərmanın müvafiq müddəaları 2026-cı il 30 sentyabr tarixli qanunla eyni gündə qüvvəyə minir.
Odlar.media