XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 23 Oktyabr 2026 ✦ 08:39:52 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Millət vəkili Elnarə Akimova şəhid İzzət Həmidovun ailəsini ziyarət edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, millət vəkili Elnarə Akimova Vətən müharibəsi şəhidi İzzət Həmidovun ailəsini ziyarət edib. Deputat şəhidin anası Vəfa xanım və qardaşı Elvinlə görüşərək onların xatirələrini dinləyib.
Şəhid ailəsi ilə görüşdən təəssüratlarını bölüşən Elnarə Akimova yazıb:
“Vətən müharibəsi şəhidi İzzət Həmidovun ailəsini ziyarət etdim, anası Vəfa xanımla görüşdüm. Şəhidimizin həyat yolunu, Vətənə bağlılığını və ailəsinin onunla bağlı xatirələrini dinlədim. İzzətin qardaşı Elvinlə də söhbət etdim.
İzzət və Elvin eyni vaxtda hərbi xidmətə yollanıblar. Vətən müharibəsi başlayanda hər ikisi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. İzzət 2020-ci il oktyabrın 9-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elvin isə Vətən qarşısında öz hərbi borcunu yerinə yetirib.
Eyni ailədə böyüyən iki qardaşın eyni Vətən naminə döyüşə atılması, talelərinin isə fərqli istiqamətlərdə davam etməsi insanı dərindən düşündürür. Bu, təkcə bir ailənin deyil, Azərbaycanın Zəfər tarixini yazan minlərlə ailənin ağrı və qürur hekayəsidir.
Vəfa ananın timsalında şəhid analarının böyüklüyünü bir daha gördüm. O, kədəri və qüruru bir arada yaşadan, övlad həsrətini qəlbində daşıyan bir anadır.
İzzət Həmidovun adı ailəsi üçün əbədi həsrət, xalqımız üçün isə şərəf və qürur deməkdir. İzzət kimi qəhrəmanlarımızın fədakarlığını unutmamalı, Elvin kimi Vətən qarşısında borcunu yerinə yetirmiş oğullarımıza və Vətən uğrunda övlad böyüdən analarımıza daim ehtiram göstərməliyik.
Şəhidimizin əziz xatirəsi qarşısında baş əyirəm. Allah Vəfa anaya səbir, övladlarına cansağlığı versin. Vətən sağ olsun!”

Mənbə: Odlar.media

Etiketlər: