Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda hava limanında saxlanılıb.
Məlumata görə, oktyabrın 22-də Tbilisiyə səfər edən İbad Hüseynova ölkəyə buraxılmayacağı bildirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra o, sərbəst buraxılıb.
Qeyd edək ki, İbad Hüseynov oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək üçün Tbilisiyə gedib.
Odlar.media