Mətn:
Odlar.media xəbər verir ki, Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 42 ailə – 163 nəfər doğma yurdlarına köçürülüb.
Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.
Odlar.media