XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 23 Oktyabr 2026 ✦ 14:10:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xalq artisti Gülüstan Əliyeva: “Bəzi ifaçılar 3-5 aya məşhurlaşır, sonra unudulur”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xalq artisti Gülüstan Əliyeva sosial şəbəkələrin musiqi zövqünə və məşhurluq anlayışına təsiri barədə danışıb.
Sənətçi “Yeni Sabah”a açıqlamasında bildirib ki, internet və sosial şəbəkələrin inkişafı insanların televiziya vərdişlərini dəyişib. Onun sözlərinə görə, insanlar informasiya və əyləncə üçün getdikcə daha çox YouTube və digər onlayn platformalara üz tuturlar.
G.Əliyeva qeyd edib ki, sosial şəbəkələrdə məşhurluq qazanmaqda maddi amil də mühüm rol oynayır. Onun fikrincə, reklama böyük vəsait xərcləyərək qısa müddətdə tanınmaq mümkündür, lakin bu populyarlıq hər zaman davamlı olmur.
Xalq artisti bəzi müasir mahnıların musiqi təməlini də tənqid edib. O bildirib ki, bir çox mahnı plagiatdır və xarici musiqilərdən götürülən elementlər əsasında hazırlanır. Bu səbəbdən həmin mahnıların uzunömürlü olmadığını vurğulayıb.
Gülüstan Əliyeva xalq mahnılarının əsrlərdir sevilməsini isə onların milli musiqi köklərinə bağlı olması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu əsərləri müasir aranjimanlarla təqdim etmək mümkün olsa da, əsas musiqi dəyəri qorunmalıdır.

Odlar.media

Etiketlər: