Mətn:
Odlar.media xəbər verir ki, artıq 8 gündür xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.
TƏBİB-dən bildirilib ki, 74 yaşlı sənətçinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Zaur Rzayevə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub. Sənətçi vəziyyəti pisləşdiyi üçün oktyabrın 14-də yenidən xəstəxanaya yerləşdirilib.
Odlar.media